Reklam resmi
Reklam resmi

Kolleclərə qeydiyyat tarixi uzadıldı

Kolleclərə qeydiyyat tarixi uzadıldı
Cəmiyyət

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 2025-ci ilin 25 avqust (saat 18:00) tarixinədək uzadılıb.

Bu barədə Ajans.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Xatırladaq ki, 14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Mövzular:
qeydiyyat tarixi kollec uzadılma

Digər Xəbərlər