Reklam resmi
Reklam resmi

DİN Məlumat Yaydı

DİN Məlumat Yaydı
Kriminal

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3502 manat pul oğurlanıb.

 DİN-dən  Ajans.az-a verilən məlumata görə, bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

Mövzular:
Səbail və Sabunçu rayonları Oğurluqlar

Digər Xəbərlər