Reklam resmi
Reklam resmi

Rusiya Ermənistana qaz nəqlini DAYANDIRIB

Rusiya Ermənistana qaz nəqlini DAYANDIRIB
Dünya

“Qazprom Ermənistan” məlumat yayıb ki, Gürcüstan ərazisində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli 22 avqust saat 06:00-dan 23 avqust saat 06:00-dək dayandırılıb.

Ajans.az Lenta.ru-ya istinadən xəbər verir ki, fasiləyə səbəb Krasnı Most – Sevkar – Berd tranzit qaz kəmərində təcili təmir işlərinin aparılması olub.

Bildirilib ki, qazın nəqlindəki dayanma istehlakçılara qaz təchizatında məhdudiyyət yaratmayacaq. İtirilmiş həcmlər daxili ehtiyatlar və İrandan əlavə tədarük hesabına tam kompensasiya olunacaq.

Xatırladaq ki, təxminən bir ay əvvəl də Gürcüstan ərazisində baş verən qəza səbəbindən Ermənistana qaz nəqli müvəqqəti dayandırılmış, Qazax–Saquramo hissəsində aparılan təmir işləri iki gündən çox davam etmişdi.

Qeyd edək ki, “Qazprom” Ermənistanın yeganə qaz təchizatçısıdır. Ermənistan eyni zamanda İrandan da qaz alır. Lakin bu qaz əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunur – tərəflər razılaşmaya əsasən, hər kubmetr təbii qaz müqabilində Ermənistan İrana 3 kilovat-saat elektrik enerjisi qaytarır, qalan enerjini isə daxili tələbat üçün saxlayır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ermənistan

Digər Xəbərlər