Reklam resmi
Reklam resmi

Xəstəxana tualetlərində gizli çəkilişdə ittiham olunan həkim zaminə buraxıldı

Xəstəxana tualetlərində gizli çəkilişdə ittiham olunan həkim zaminə buraxıldı
Dünya

Avstraliyada xəstəxanaların tualetlərində gizli şəkildə minlərlə video çəkdiyi iddia edilən stajyer cərrah girov qarşılığında azadlığa buraxılıb.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,28 yaşlı Ryan Cho-nun əsasən Melburn şəhərindəki üç xəstəxananın işçilərini gizli çəkdiyi bildirilir. Onun 2021-ci ildən bəri çəkdiyi təxminən 4500 intim video ilə bağlı 500-ə yaxın ittihamla üzləşəcəyi gözlənilir.

Hakim James Elliott Çonun valideynləri ilə birlikdə yaşaması şərti ilə azadlığa buraxılmasına qərar verib. Valideynlərindən 50 min Avstraliya dolları (təqribən 32 min ABŞ dolları) məbləğində zaminlik tələb olunub.

Prokurorlar Çonun qaçma riski olduğunu bildiriblər. Onların sözlərinə görə, həkim işindən uzaqlaşdırıldıqdan sonra Avstraliya ilə ciddi əlaqəsi qalmayıb. O, bu ilin aprelində ölkənin daimi sakini statusunu alsa da, günahkar bilinərsə və 12 aydan çox həbs cəzası alarsa, deportasiya edilə bilər.

Polisin açıqlamasına görə, Ço ən azı 460 qadının intim görüntülərini qeydə alıb. Bununla belə, həmin görüntülərin yayılması ilə bağlı iddia yoxdur.

O, iyul ayında Austin Xəstəxanasının tualetində yerləşdirilmiş gizli kamera aşkarlanandan sonra həbs olunub. İstintaqçılar həmçinin onun Peter MacCallum Xərçəng Mərkəzi və Royal Melbourne Xəstəxanasında da oxşar hərəkətlər törətdiyini iddia edirlər.

Çonun vəkili Julian McMahon prokurorların şahidlərə təzyiq ehtimalı ilə bağlı narahatlıqlarını əsassız adlandırıb. Onun sözlərinə görə, yüzlərlə şahidin iştirakı fonunda belə müdaxilələrin işin nəticəsinə təsiri olmayacaq.

Başlanğıcda Çoya altı ittiham irəli sürülmüşdü. Lakin ötən gün 127 yeni ittiham əlavə olunub. Onların arasında icazəsiz və qəsdən intim görüntülər çəkmək də var.

Müdafiə tərəfi hələlik işin məhkəməyə qədər gedib-getməyəcəyinin aydın olmadığını bildirir. Ço məhkəmədə vəsatət verməyib.

O, 2017-ci ildə tələbə kimi Avstraliyaya gəlib və Melburnun Monaş Universitetində tibb təhsili alıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya Melburn şəhəri

Digər Xəbərlər