Reklam resmi
Reklam resmi

Hokkeyçi döyülərək öldürüldü

Hokkeyçi döyülərək öldürüldü
İdman

Rusiyanın “Metallurq” hokkey komandasının üzvü Artyom Tortoçakov döyülərək öldürülüb.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, insident Abakan şəhərində yerləşən gecə klublarından birinin yaxınlığında baş verib. Dava zamanı ağır xəsarətlər alan hokkeyçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə əsasən, idmançının ölümünə kəllə-beyin travması səbəb olub.

Faktla bağlı araşdırma davam edir.

Mövzular:
hokkeyçi ölüm

Digər Xəbərlər