Reklam resmi
Reklam resmi

Ağcabədidə dəhşətli partlayış, XƏSARƏT ALANLAR VAR

Ağcabədidə dəhşətli partlayış, XƏSARƏT ALANLAR VAR
Hadisə
562

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.

Ajans.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb.

Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən ofisdə baş verdiyi və maye qazla dolu çənə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək yanacaqdoldurma məntəqəsinin ərazisinə yayılmasına və yanacaq çəninə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 16 m² ofisin yanar konstruksiyaları yanıb.

Partlayış zamanı 3 nəfər  - 1979-cu il təvəllüdlü Qurbanov Ruslan İslam oğlu, 1988-ci il təvəllüdlü Şükürov Samir Hüseyn oğlu və 2013-cü il təvəllüdlü Şükürov Ramil Samir oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.

Ərazisdəki digər tikililər və həcmi 20 kub.m. olan maye qazla dolu çən yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
partlayış yanacaqdoldurma məntəqə dəhşətli yaralı

Digər Xəbərlər