Reklam resmi
Reklam resmi

Şəhid qızının Prezident qarşısında kövrək ÇIXIŞI - VİDEO

Şəhid qızının Prezident qarşısında kövrək ÇIXIŞI - VİDEO
Cəmiyyət

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.

Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib

Görüşdə Dövlət başçımız çıxış etdi. Sonra söz sakinlərə verildi.

Sakinlərdən biri atasının şəhid olduğunu dilə gətirdi: "Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub. Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm, gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur duyur. Hər zaman var olasınız."

Ajans.az həmin videogötüntünü sizlərə təqdim edir:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb onlara mənzillərin açarlarını təqdim edib

Digər Xəbərlər