Reklam resmi
Reklam resmi

Bakıda ərəblər insanların başına butulka atdılar - VİDEO

Bakıda ərəblər insanların başına butulka atdılar - VİDEO
Cəmiyyət

Bakıda ərəb turistlərin növbəti dəfə qalmaqallı hərəkətləri müzakirələrə səbəb olub.

Ajans.az xəbər verir ki, paytaxtın mərkəzində – İSR plazanın arxasında, Okean marketin üstündə yerləşən ərazidə bir qrup turistin insanlara qarşı yolverilməz davranışlar sərgilədiyi bildirilir.

Görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əksini tapıb.

Hadisənin şahidləri bu şəxslərin ərəb turistlər olduğunu iddia edirlər. Onların sözlərinə görə, həmin an ətrafda olan vətəndaşlar vəziyyətə sərt reaksiya göstərsə də, turistlər öz hərəkətlərini davam etdiriblər.

Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda davranışları bir neçə dəfə ictimai narazılıq doğurub. Belə ki, ötən günlərdə bir qrup ərəb turistin Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər etməsi də geniş rezonans yaratmış, sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmuşdu./sfera.az

Həmin görüntüləri təqdim edirik:

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
ərəblər Bakı qalmaqal

Digər Xəbərlər