Reklam resmi
Reklam resmi

7000 metr yüksəklikdə faciə: alpinist həyat əlamətləri göstərmir

7000 metr yüksəklikdə faciə: alpinist həyat əlamətləri göstərmir
Dünya

Qırğızıstan–Çin sərhədində yerləşən Tyan-Şan dağ silsiləsinin ən yüksək nöqtəsi — 7439 metr hündürlüyə malik Pobeda zirvəsi yenidən faciə ilə gündəmə gəlib. Rusiyalı alpinist Natalya Naqovitsyna artıq on gündür dağın buzunda əsir qalıb və son məlumatlara görə, həyat əlamətləri göstərmir.

Ajans.az Rusiya mediasına istiandən xəbər verir ki,47 yaşlı idmançı arzuladığı zirvədən cəmi 100 metr aşağıda ağır xəsarət alaraq hərəkətsiz qalıb. Eniş zamanı ayağı sınıb, həmkarları isə xilasetməyə çalışarkən ekspedisiya üzvlərindən biri həlak olub. Naqovitsynanın vəziyyətinin kritik olduğu bildirilir: onun su, qida və qaz ehtiyatı tükənib, -23°C temperaturda yalnız çadır və yuxu çantası ilə sağ qalmağa çalışır.

Xilasedici qrupların hadisə yerinə çatmasına güclü qar, qasırğa sürətində külək və -40°C-yə enən temperatur mane olur. Ən yaxşı halda xilasetmə əməliyyatı üç günə başlaya bilər.

Pobeda zirvəsi haqqında faktlar:

  • Qısa müddətdə temperatur -40°C-yə düşür, külək isə qasırğa gücünə çatır;
  • Zirvəyə qalxış zamanı qar uçqunu, donma və yorğunluq riski yüksəkdir;
  • Bura qalxan hər üç alpinistdən biri geri dönə bilmir;
  • Dağda indiyədək 100-dən çox alpinist həlak olub, onların yarısının cəsədi tapılmayıb;
  • Pobeda MDB məkanında ən çətin “yeddiminlik” hesab olunur.

Zirvəyə ilk dəfə 1938-ci ildə qalxılıb. Daha sonra 1943-cü ildə dağa “Pobeda” adı verilib. Təcrübəli alpinistlərin sözlərinə görə, bu zirvəyə qalxış çox vaxt bir və ya bir neçə insanın həyatı bahasına başa gəlir.

Hazırda bütün ümidlər hava şəraitinin yaxşılaşmasına və xilasetmə əməliyyatının tezliklə başlaya biləcəyinə yönəlib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Natalya Naqovitsyna Qırğızıstan Çin

Digər Xəbərlər