Reklam resmi
Reklam resmi

İssık-Kuldan həyəcanlı xəbər: iki iranlı alpinistlə əlaqə kəsilib

İssık-Kuldan həyəcanlı xəbər: iki iranlı alpinistlə əlaqə kəsilib
Dünya

Qırğızıstanın İssık-Kul bölgəsində marşruta çıxan iki iranlı alpinistlə əlaqə kəsilib. Onların həlak olduğu ehtimal edilir.

Ajans.az TASS-a istiandən xəbər verir ki,Qırğızıstan prezidentinin İssık-Kul vilayətindəki nümayəndəliyindən məlumat verilib.

“İki nəfərdən – Məryəm Pilehvari və Həsən Seyfullahdan ibarət İran komandası yoxa çıxıb və əlaqə saxlamır”, – məlumatda qeyd olunub.

Bildirilir ki, alpinistlərin ola biləcəyi əraziyə pilotsuz uçuş aparatı ilə vizual baxış keçirilsə də, heç bir nəticə əldə olunmayıb. “Onlar tapılmayıb, ehtimal ki, ölüblər”, – rəsmi açıqlamada vurğulanıb.

Qeyd edək ki, hazırda Qırğızıstan dağlarında başqa bir xilasetmə əməliyyatı da aparılır. Belə ki, 47 yaşlı rusiyalı alpinist Nataliya Naqovitsına 7000 metrdən çox hündürlükdə, Pobeda zirvəsindən enərkən ayağını sındırıb və orada ilişib qalıb. Onunla birlikdə olan Rusiya vətəndaşı və bir italyan alpinistin isə həlak olduğu bildirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İssık-Kul Qırğızıstan

Digər Xəbərlər