Şok hücum: 15 fermer ÖLDÜRÜLÜB
Nigeriyanın Plato əyalətində silahlı şəxslərin hücumları nəticəsində 15 fermer həyatını itirib, çoxsaylı insanlar isə yaralanıb.
Ajans.az Mwaghavul Gənclər Hərəkatının Milli Sədri Bulus Dabit jurnalistlərə açıqlamasına istinadən xəbət verir ki,silahlı şəxslər Manqu rayonunda yeddi kəndi hədəf alıb. Hücumlar nəticəsində əhalinin təxminən 3 min nəfəri evlərini tərk etmək məcburiyyətində qalıb, kəndlilərin ərzaq məhsulları isə oğurlanıb.
Plato əyalətində Fulani qəbiləsi ilə digər yerli tayfalar arasında ara-sıra şiddətli toqquşmalar baş verir. Ötən ay da silahlı hücumlarda 40-dan çox fermer həyatını itirmişdi. Fulani maldarlığı ilə məşğul olan qruplar ştatın cənubuna köçərək mal-qaranı otarmağa çalışır, bu isə bəzən fermerlərin mal-qarasına ziyan vurmaq və onlara hücumlarla nəticələnir. Silahlı dəstələr isə bu toqquşmalardan istifadə edərək yerli sakinləri hədələyir və hücumlar təşkil edirlər.