Reklam resmi
Reklam resmi

Məhşur Türk aktyorla bağlı ŞOK İDDİA: Restorana basqın edərək hədə-qorxu gəlib

Məhşur Türk aktyorla bağlı ŞOK İDDİA: Restorana basqın edərək hədə-qorxu gəlib
Şou Biznes

“Ezel” serialındakı Ramiz dayının kiçik variantı obrazı ilə tanınan aktyor Ufuk Bayraktar İstanbulun Beyoğlu rayonunda restorana basqın edərək hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub.

Ajans.az Yeni Şafak-a istinadən xəbər verir ki, 43 yaşlı Bayraktar ötən həftə daha 5 nəfərlə birlikdə restorana girərək sahibinə “Bunu qoruyacağıq, həftədə 25 min lirə ödəyəcəksən” deyib. Pul ödənmədikdən sonra Bayraktarın dünən yenidən eyni restorana gəldiyi və tələbi 10 min lirəyə endirdiyi bildirilir.

Hadisə barədə məlumat yayılaraq polis məşhur aktyoru saxlayıb. Bayraktar daha əvvəl, 2007-ci ildə baş verən hadisəyə görə altı aylıq həbs cəzası çəkmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ufuk Bayraktar Türkiyə

Digər Xəbərlər