Reklam resmi
Reklam resmi

İstanbulda sahibsiz heyvanların toplanmasına qərar verildi

İstanbulda sahibsiz heyvanların toplanmasına qərar verildi
Dünya

İstanbul Valiliyi bəzi ərazilərdə sürü halında gəzən sahibsiz itlərin vətəndaşlar üçün təhlükə yaratdığını əsas gətirərək onların toplanması barədə qərar qəbul edib.

Ajans.az Haber Global-a istiandən xəbər verir ki,Vali Davud Gülün imzası ilə aidiyyəti qurumlara göndərilən məktubda bildirilir ki, xüsusilə yay tətilinin başa çatması və məktəblərin açılmasına az qalmış sahibsiz heyvanlarla bağlı şikayətlərin artacağı gözlənilir.

Məktubda qeyd olunur:

“Ətraf mühitin sağlamlığı, ictimai asayiş və təhlükəsizlik naminə mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq, vətəndaşların sıx məskunlaşdığı bütün ərazilərdə, xüsusilə məktəblərin ətrafında sahibsiz heyvanların toplanması tədbirlərinin təcili həyata keçirilməsi” tələb olunur.

Valilik qərarın vətəndaşların təhlükəsizliyi və ictimai asayişin təmin olunmasına yönəldiyini vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İstanbul sahibsiz heyvanlar

Digər Xəbərlər