Reklam resmi
Reklam resmi

Məhşur manyakın oğlu Xarkovda döyüşlərdə həlak olub

Məhşur manyakın oğlu Xarkovda döyüşlərdə həlak olub
Dünya

SSRİ-nin ən dəhşətli manyaklarından biri kimi tanınan seriyalı qatil Andrey Çikatilonun oğlu, Yuri Çikatilo Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölməsində xidmət edərkən Xarkov vilayətində gedən döyüşlərdə həlak olub.

Ajans.az SHOT nəşrinə istinadən xəbər verir ki, Yuri Çikatilo müharibənin əvvəlində Rusiyaya qarşı döyüşməyə könüllü gedib. Təxminən 8 ay əvvəl itkin düşən Çikatilonun ölüm xəbəri indi təsdiqlənib. Ukrayna tərəfi onu qəhrəman elan edib və “Şücaət” ordeninə təqdim etməyə hazırlaşır.

Məlumata görə, Yuri Çikatilo aliment, kredit və yol pulu ilə bağlı böyük borclarına görə cinayət təqibindən yayınmaq məqsədilə orduya yazılıb.

Xatırladaq ki, onun atası Andrey Çikatilo SSRİ tarixində ən qanlı cinayətkar kimi tanınır. O, 1978–1990-cı illər arasında əsasən uşaqlar və qadınlar olmaqla 53 nəfəri amansızlıqla qətlə yetirib və 1994-cü ildə ölüm cəzasına məhkum edilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Andrey Çikatilo Rusiya

Digər Xəbərlər