Məhşur rus musiqiçilər Bakıda yeni videonun tizerini çəkdilər
Bakıda yay mövsümü musiqi hadisələri ilə diqqət çəkir. Rusiyanın məşhur musiqiçilər Djigan, Niletto və Loc-Dog Azərbaycanın paytaxtında istirahət etməklə kifayətlənməyib, birgə videoçarx çəkərək pərəstişkarlarına yeni layihə təqdim ediblər.
Ajans.az xəbər verir ki,musiqiçilər sosial şəbəkələrdə “Bahalı” trekin tizerini yayımlayıb və çəkilişlərdən danışaraq izləyicilərə “isti musiqi əhval-ruhiyyəsi” bəxş edəcəklərinə söz veriblər. Videonun premyerası bu cümə günü baş tutacaq.
İfaçılar eyni zamanda Bakının fotolarını və təəssüratlarını paylaşıb, şəhərin ab-havası və qonaqpərvərliyini vurğulayıblar. Musiqiçilərin sözlərinə görə, paytaxt onları ruhlandırıb və yeni video dinləyicilər tərəfindən böyük maraqla qarşılanacaq.
Mövzular: