Fənərbaxçadan yeni TRANSFER
"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, komanda "Salzburq" forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-lacivərdlilər" 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb.
İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.
Mövzular: