Beş otaqlı ev YANDI
Şəki şəhərinin Sarıca kəndində ümumi sahəsi 192 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 142 m² sahədə yanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: