Rusiyada qar YAĞDI
İrkutsk vilayəti bu ilin avqust ayında qəfil qar yağışı ilə üzləşib.
Ajans.az “Komsomolskaya Pravda” Telegram kanalına istinadən xəbər verir ki, avqustun 19-u çərşənbə axşamı Balaqanski və Zalariski rayonlarında qar, yağış və dolu müşahidə olunub.
Yerli sakinlərin çəkilişlərinə görə, güclü yağış yolları, evlərin damlarını və bağçaları əhatə edib. Yay sakinləri, qışın qəfil gəlişi səbəbindən bəzi bitkilərinin zədələndiyini və yoxa çıxdığını bildiriblər.
Meteoroloqlar regionda belə qəfil hava dəyişikliklərinə diqqət etməyi tövsiyə edirlər.
Mövzular: