Reklam resmi
Reklam resmi

Çirklənmiş yuyucu maye iki körpənin ölümünə səbəb oldu

Çirklənmiş yuyucu maye iki körpənin ölümünə səbəb oldu
Dünya

İtaliyanın San Mauritsio Xəstəxanasında vaxtından əvvəl doğulan iki körpə “çirklənmiş qab yuyucu maye” ilə əlaqəli infeksiya nəticəsində həyatını itirib. Hadisə ölkədə təcili geri çağırış tədbirlərinə səbəb olub.

Ajans.az The Sun-a istinadən xəbər verir ki, hər iki körpə çəkisi iki funtdan az olan erkən doğulmuş körpələr idi. Onlarda əsasən immun sistemi zəif olan xəstələr üçün ölümcül sayılan Serratia marcescens bakteriyası aşkar edilib. Körpələr avqustun 12-dən 13-nə keçən gecə, bir neçə saat fərqlə dünyasını dəyişiblər.

Cənubi Tirol Səhiyyə Təşkilatının tibbi direktoru Josef Widmann çirklənməni təsdiqləyib. Xəstəxana rəhbərliyi dərhal bütün yuyucu vasitələri istifadədən çıxarıb.

Bolzano Xəstəxanasının direktoru Pierpaolo Bertoli bildirib ki, bu bakteriya nadir deyil və xüsusilə yeni doğulmuş reanimasiya şöbələri üçün risk yaradır:

“Məsələ mikrobdan çox, vaxtından əvvəl doğulan körpələrin zəif immun sistemləri ilə bağlıdır”.

Xəstəxananın tibbi direktoru Monika Zaebisch isə açıqlayıb ki, araşdırma aparıldığı müddətdə müəssisə yüksək riskli erkən doğulmuş körpələri qəbul etməyəcək. Yeni halların qarşısını almaq üçün pasiyentlər Trentodakı xəstəxanalara yönləndiriləcək.

Zaebisch əlavə edib:

“Bütün profilaktik tədbirləri həyata keçirmişik və personal gigiyena qaydalarına ciddi əməl edir. Təəssüf ki, bu iki halın qarşısını almaq mümkün olmadı”.

Polis körpələrin ölümü ilə bağlı istintaq başladıb. Həkimlər və müstəntiqlər, səhv hərəkət ehtimalını araşdırmaq üçün yarılma aparılıb-aparılmayacağına qərar verəcək.

Hadisə, yaxın günlərdə İtaliyada baş verən başqa bir faciə ilə eyni vaxta təsadüf edir. Kalabriyadakı Diamante şəhərində zəhərli tərəvəz və kolbasa sendviçi yeyən iki nəfər ölüb, ondan çox insan isə xəstəxanaya yerləşdirilib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İtaliya Serratia marcescens

Digər Xəbərlər