Reklam resmi
Reklam resmi

Yaşlı cütlük avtomobil qəzasında həyatını itirdi

Yaşlı cütlük avtomobil qəzasında həyatını itirdi
Dünya

Sivasın Akıncılar rayonunda yaşlı cütlüyün olduğu avtomobil körpüdən aşıb. Nəticədə sürücü və həyat yoldaşı hadisə yerində dünyasını dəyişib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, 77 yaşlı M.T.-nin idarə etdiyi avtomobil Şenbağlar kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək körpüdən çay kənarına aşıb. Avtomobildə olan sürücünün həyat yoldaşı, 72 yaşlı F.D. də həyatını itirib.

Hadisə yerinə təcili tibbi yardım, xilasedici və jandarma qrupları cəlb olunub. Müayinədən sonra cütlüyün cəsədləri yarılma aparılması üçün Suşehri Dövlət Xəstəxanasının morquna aparılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər