Qanada meymun çiçəyi virusuna yoluxma 37 çatıb
Qərbi Afrika ölkəsi olan Qanada bir həftə ərzində 37 nəfərdə Mpox (meymun çiçəyi) virusu aşkarlanıb.
Ajans.az Qana Səhiyyə Xidmətinə istinadən xəbər verir ki, virus ölkədə yayılmağa davam edir. May ayından bu yana yoluxmaların sayı artıq 409-a çatıb. Hazırda iki nəfər xəstəxanada müalicə olunur.
Qana hökuməti ilin əvvəlindən virusla mübarizə tədbirlərini gücləndirib. Mayın 19-da bu il ölkədə ilk dəfə dörd yoluxma hadisəsi qeydə alınmış, virusdan ilk ölüm isə iyulun 28-də baş vermişdir.
Ölkədə Mpox-un yayılmasının qarşısını almaq məqsədilə yüksək riskli qrupları hədəf alan peyvənd kampaniyası davam etdirilir.
Mövzular: