Aygün Kazımova saxtakarlığın hədəfi olub
Azərbaycanın xalq artisti Aygün Kazımova adı sosial şəbəkələrdə yayılan saxta qumar reklamına qarışıb. Fırıldaqçılar müğənninin fotosunu istifadə edərək, süni intellekt vasitəsilə onun guya bu xidməti reklam etdiyini göstərən montaj videonu hazırlayıblar.
Ajans.az Media.az-a istinadən xəbər verir ki,video sürətlə yayılaraq istifadəçilər arasında maraq doğurub və sənətçi ilə komandasının diqqətini çəkib. Hazırda video onlayndadır, lakin komanda saxta reklamın yayılmaması üçün onu səssiz şəkildə paylaşır.
Müğənninin prodüseri Ruslan Ağayev bildirib ki, səhifə rəhbərliyi ilə əlaqə saxlanılıb və saxta videonun dərhal silinməsi tələb edilib. Əks halda, komanda hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırdır.
Mövzular: