Reklam resmi
Reklam resmi

ABŞ-da atışma: 3 ölü, 9 yaralı

ABŞ-da atışma: 3 ölü, 9 yaralı
Dünya

ABŞ-ın Nyu-York şəhərində, Bruklinin Crown Heights rayonunda yerləşən Taste of City Lounge klubunda atışma baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,münaqişə gecə saat 03:30 radələrində başlayıb. Müstəntiqlərin versiyasına görə, silahlı insidentdə dörd nəfərə qədər atıcı iştirak edib. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb.

Ölənlərdən biri – 19 yaşlı gənc hadisə yerində dünyasını dəyişib, 35 və 27 yaşlı iki kişi isə xəstəxanaya çatdırıldıqdan sonra ölüb. Yaralıların vəziyyətinin həyati təhlükə yaratmadığı qeyd olunub. Onların yaşları 19–61 arasıdır. Polis ərazidən 9 mm və .45 kalibrli silahlardan atılmış 42 giliz aşkar edib.

Nyu-York meri Erik Adams hadisəni “faciəli və mənasız zorakılıq aktı” adlandıraraq, şəhərdə silahların küçələrdən yığılmasının vacibliyini vurğulayıb: “Bu, son həftələrdə ikinci kütləvi atışmadır. Biz bunun normal hala çevrilməsinə imkan verə bilmərik”.

Qeyd edək ki, iyulun 29-da Manhettendə baş verən başqa atışmada bir nəfər yaralanmış, 4 nəfər – o cümlədən polis əməkdaşı – həlak olmuşdu.

Tiş əlavə edib ki, Nyu-York 2025-ci ilin ilk yeddi ayında son illərin ən aşağı atışma statistikasını qeydə alıb. O, Bruklində baş verən bu hadisəni “anomaliya” adlandırıb və tam araşdırılacağını bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Nyu-York

Digər Xəbərlər