Nyu-Yorkda silahlı insident: Ölənlər və yaralananlar var
ABŞ-də, Nyu-York şəhərinin Bruklin rayonunda baş verən atışma nəticəsində üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bir qrup silahlı şəxs restoranda atəş açıb. Məlumata görə, şübhəlilər hadisə yerindən qaçmağa müvəffəq olublar. Polis onların tapılması üçün əməliyyat keçirir.
Atışmanın olduğu ərazidən 36 güllə gilizi aşkarlanıb.
İnsident nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti barədə məlumat verilmir.
Mövzular: