Tramp-Putin Alyaska GÖRÜŞÜ BAŞLADI - VİDEO
ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında "üçün üçə" formatında görüşü başlayıb.
Ajans.az xəbər verir ki, görüş Alyanskanın Ankoricdəki Elmendorf-Riçardson hərbi bazasında keçirilir.
Qeyd edək ki, hərbi bazadakı sammitin nəticələrinə dair liderlərin birgə mətbuat konfransının keçiriləcəyi zalda “Sülh üçün çalışmaq” şüarı olan banner yerləşdirilib.
Bundan sonra tərəflər arasında geniş tərkibli görüş baş tutacaq.
Onu da bildirək ki, ABŞ nümayəndə heyətində dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və başqaları var.
Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və başqaları daxil olub. Qeyd edək ki, Prezidentlər KİV-in suallarını cavablandırmaq istəməyiblər.
Ajans.az görüşdən ilk görüntüləri sizlərə təqdim edir:
Bu gönderiyi Instagram'da gör