Qadın ianə qutusunda sıxılaraq boğulub
Kaliforniyanın Lodi şəhərində 44 yaşlı Diana Borisenko xeyriyyə əşyaları üçün nəzərdə tutulmuş konteynerdə ilişərək həyatını itirib.
Ajans.az 1011 Now istinadən xəbər verir ki, qadın əlini içəri çox dərindən uzadıb və mexanizm bədəninə sıx basmağa başlayıb. Qurtulmaq üçün göstərdiyi cəhdlər təzyiqi daha da artırıb. Xilasedicilər onu konteynerdən çıxarıb reanimasiya etsələr də, həyatını xilas etmək mümkün olmayıb. Borisenko xəstəxanada vəfat edib.
Səlahiyyətlilər konteynerin qanunsuz quraşdırıldığını və artıq söküldüyünü açıqlayıblar. Polis qeyd edib ki, bu tip qurğuların konstruksiyası insanın içəriyə uzandıqca daha da sıxılmasına səbəb olur. Hadisə ABŞ-da tez-tez istifadə olunan xeyriyyə konteynerlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Mövzular: