Reklam resmi
Reklam resmi

Instagram istifadəçiləri Meta-ya qarşı etiraz edir

Instagram istifadəçiləri Meta-ya qarşı etiraz edir
Dünya

Dünyanın müxtəlif ölkələrindən minlərlə Instagram və Facebook istifadəçisi, hesablarının haqsız yerə dayandırıldığını bildirərək Meta-ya qarşı narazılıqlarını ifadə edir.

Ajans.az BBC-yə istinadən xəbər verir ki,500-dən çox şəxs, şəxsi fotolarını və iş materiallarını itirdiklərini, bəzilərinin isə polisin müdaxiləsindən ehtiyat etdiklərini qeyd edib. İddialara görə, Meta-nın süni intellekt sistemi səhvən qadağalar tətbiq edir və müraciətləri də eyni texnologiya vasitəsilə cavablandırır.

İstifadəçilər bildirirlər ki, bir insanla ünsiyyət qurmağın yeganə yolu “Meta Verified” xidməti üçün ödəniş etməkdir, lakin bu da həmişə nəticə vermir. 36 mindən çox insan şirkəti “saxta qadağalar”da ittiham edən petisiyanı imzalayıb, on minlərlə yazı isə Reddit və sosial mediada paylaşılıb.

Meta, iyunda Facebook Qruplarının səhv qadağan edilməsi ilə bağlı problemi etiraf etsə də, Instagram və Facebook-da daha genişmiqyaslı problem olduğunu inkar edir. Şirkət BBC-nin fərdi müraciətləri üzrə bəzi qadağaları ləğv etsə də, ümumi məsələyə münasibət bildirməyib.

İyul ayında Meta, qaydaları pozan 635 min hesabın – uşaqlara qarşı seksual xarakterli şərh və görüntülər səbəbindən – silindiyini açıqlayıb. Şirkətin uşaqların cinsi istismarı ilə bağlı siyasəti son bir il ərzində üç dəfə dəyişib, lakin bu dəyişikliklərin mövcud problemlərə təsiri barədə məlumat verilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Instagram Meta

Digər Xəbərlər