Reklam resmi
Reklam resmi

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI
İqtisadiyyat

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,38 ABŞ dolları və ya 2,07% artaraq, 68,10 dollar/barel təşkil edib.

Ajans.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,39 dollar və ya 2,13% bahalaşaraq 66,57 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,28 dollar və ya 2,33% artaraq, 56,14 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,38 dollar və ya 2,06% artaraq 68,29 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzular:
Azərbaycan nefti "Azeri Light" “Dated Brent”

Digər Xəbərlər