Reklam resmi
Reklam resmi

Qazaxda meşəlik ərazidə yanğın BAŞLADI: İki helikopter cəlb OLUNDU

Qazaxda meşəlik ərazidə yanğın BAŞLADI: İki helikopter cəlb OLUNDU
Cəmiyyət

Qazaxda meşəlik ərazidə yanğın başlayıb.

Ajans.az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.

Sakinlərin sözlərinə görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.

Hazırda əraziyə iki helikopter, FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Mövzular:
Qazax Yanğın Xanlıqlar kəndi Cəfərli kəndi FHN

Digər Xəbərlər