Reklam resmi
Reklam resmi

Naxçıvanda daha bir kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILDI

Naxçıvanda daha bir kafenin fəaliyyəti MƏHDUDLAŞDIRILDI
Hadisə

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 57-ci məhəllədə fəaliyyət göstərən “Faytonçu” kafesində ciddi nöqsanlar aşkar edilib.

Ajans.az Report-a istinadən xəbər verir ki, kafedə gigiyenik qaydalara əməl edilmədiyi, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Mövzular:
kafe məhdudlaşma AQTA Naxçıvan

Digər Xəbərlər