Reklam resmi
Reklam resmi

Bu ərazilərdə QAZ OLMAYACAQ

Bu ərazilərdə QAZ OLMAYACAQ
Cəmiyyət
539

Bakının 3 rayonunda - Xəzər, Qaradağ və Səbail ərazisində qaz təchizatı dayandırılacaq.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məlumat yayılıb. 

Məlumata görə, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Mövzular:
qaz yoxdu bəzi ərazi Bakı rayon

Digər Xəbərlər