Atasının bağında qanunsuz qazıntı aparan şəxs saxlanılıb
Türkiyənin Əskişəhər vilayətinin Təpəbaşı rayonunda atasına məxsus bağda qanunsuz qazıntı aparan şəxs jandarma tərəfindən saxlanılıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəlinin tarixi əsərlər tapmaq məqsədilə 8 metr dərinlikdə, 2 metr enində çuxur qazdığı müəyyən edilib.
Əraziyə baxış zamanı minikran, fırlanan çəkic, çarx, 20 metr kəndir və digər qazıntı alətləri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Mövzular: