Reklam resmi
Reklam resmi

Qarabağda Xidmətin Qüruru və Əsgər Həyatı…

Qarabağda Xidmətin Qüruru və Əsgər Həyatı…
Cəmiyyət

İyul ayında Laçın rayonunda xidmət edən şəxsi heyətin döyüş hazırlığı və məişət şəraitlərinin işıqlandırılması məqsədilə Müdafiə Nazirliyi tərəfindən jurnalistlər üçün media-tur təşkil edilib.

Ajans.az xəbər verir ki, media-turda bir sıra xəbər saytları, televiziya kanalları, informasiya agentliklərinin müxbirləri iştirak edib. Səfər zamanı hərbi qulluqçuların qidalanma, geyim, şəxsi gigiyena və məişət şəraitləri barədə jurnalistlərə məlumat verilib. 

 Ajans.az müxbiri olaraq, Laçın rayonunun “N” saylı hərbi hissəsində xidmət aparan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə həmsöhbət olduq. Həmin söhbətdən maraqlı hissəni sizlərə təqdim edirik: 

Müxbir: Salam, Əsgər! Azərbaycan Ordusunda nə qədər müddətdir, xidmət edirsiniz? 

Hərbi qulluqçu: Salam! Mən artıq 5 ildir ki, könüllü şəkildə Azərbaycan ordusunda xidmət edirəm. 

Müxbir: İşğaldan azad edilmiş torpaqlarda Vətənə xidmət etmək necə duyğudur? 

Hərbi qulluqçu: Bu torpaqlarda xidmət etmək qürurvericidir. Mən Azərbaycan Ordusunun əsgəri kimi fəxr edirəm ki, Qarabağda xidmət edirəm. Həmçinin, Qarabağın azad olması uğrunda döyüşlərdə də layiqincə iştirak etmişəm. 

Müxbir: Hazırda məişət şəraitinizdən ( qidalardan, təlimlərdən) razısınızmı? 

Hərbi qulluqçu: Baxmayaraq ki, bu torpaqlar 5 ildir ki, işğaldan azad edilib. Lakin, Ali Baş Komandanın tapşırıqlarına əsasən, günü-gündən hərbi hissələrdə vəziyyət yaxşılaşdırılır. Camaşırxana, yeməkxana və digər hissələr yenidən yüksək səviyyədə hazırlanıb. Təlimlərimiz və yemək saatlarımız hər gün öz saatlarında olur. 

Müxbir: Sizlərə ailə üzvləriniz, yaxınlarınız ilə görüşmək imkanı verilir? 

Hərbi qulluqçu: Əlbəttə. Mütəmadi olaraq, hər bir əsgər evli və subay olmasından asılı olmayaraq, ailə üzvləri ilə görüşür, onlara baş çəkir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Laçın rayonu Müdafiə Nazirliyi Media-tur

Digər Xəbərlər