Reklam resmi
Reklam resmi

Sulama kanalına girən gənc boğuldu

Sulama kanalına girən gənc boğuldu
Dünya

Türkiyənin Adana şəhərində 21 yaşlı Muhammet Alperen Erdoğan, girdiyi sulama kanalında axına qapılaraq həyatını itirib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,onun cansız bədəni suya girdiyi yerdən təxminən 4 kilometr uzaqda tapılıb.

Hadisə səhər saatlarında Çukurova rayonunun Toros məhəlləsində baş verib. İddiaya görə, kuzeni ilə gəzintidə olan Erdoğan, Dövlət Su İşlərinə (DSİ) məxsus sulama kanalının kənarında söhbət etdikdən sonra sərinləmək üçün suya atlayıb. Bir neçə dəqiqə sonra güclü axına qapılaraq gözdən itib.

Kuzeninin məlumatı üzərinə əraziyə Su Altı Qrup Amirliyi dalğıc polis qrupları cəlb olunub. Axtarış nəticəsində Erdoğanın meyiti Huzurevleri məhəlləsi yaxınlığında, suya girdiyi nöqtədən təxminən 4 kilometr məsafədə aşkarlanıb.

Meyit sudan çıxarıldıqdan sonra müayinə üçün Adana Ədli Tibb Qurumu morquna aparılıb. Hadisə ilə bağlı polis araşdırma aparır.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Sulama kanalı

Digər Xəbərlər