Reklam resmi
Reklam resmi

"Hack The Future 2" təlimlərinə qeydiyyat başladı!

\"Hack The Future 2\" təlimlərinə qeydiyyat başladı!
Cəmiyyət

”CIDC-2025” tədbiri çərçivəsində təşkil olunan “Hack The Future 2” proqramı kibertəhlükəsizlik sahəsində biliklərini inkişaf etdirmək istəyənlər üçün unikal fürsətdir.

Ajans.az xəbər verir ki, cari ilin 9-10 oktyabr tarixlərində türkiyəli mütəxəssislər tərəfindən keçiriləcək bu intensiv təlimlərdə iştirakçılar aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:

Süni intellekt: Nəzəriyyədən təcrübəyə;

Praktiki nüfuzetmə testi; Tələbələr üçün nüfuzetmə testi və python skript yazma; Mobil tətbiq təhlükəsizliyi; Avadanlıq təhlükəsizliyi və nüfuzetmə testi;

Rəqəmsal kriminalistika və insidentlərə cavab.

Hər təlim üzrə qeydiyyatdan keçmiş ilk 50 iştirakçıya ödənişsiz qatılmaq imkanı verilir. İndi sən də qoşul, biliklərini artır və təcrübə qazan!

Qeydiyyat üçün: https://cidc.gov.az

Mövzular:
“Hack The Future 2” ”CIDC-2025” Python skript yazma Mobil tətbiq təhlükəsizliyi Avadanlıq təhlükəsizliyi

Digər Xəbərlər