Reklam resmi
Reklam resmi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI
İqtisadiyyat

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,60% azalaraq, 67,45 dollar/barel təşkil edib.

Ajans.az xəbər verir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,43 dollar və ya 0,65% ucuzlaşaraq 65,89 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,22 dollar və ya 0,39% azalaraq, 55,59 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar və ya 0,41% azalaraq 67,58 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.\ az.trend.az

Mövzular:
Dünya bazarı Neft Qiymət Azərbaycan nefti "Azeri Light"

Digər Xəbərlər