Almaniyada arı öldürməyin cəriməsi 50 min avroya çatıb
Almaniyada qanunla qorunan hornetləri (eşşək arısı) səbəbsiz öldürən şəxsləri 50 min avroya qədər cərimə gözləyir.
Ajans.az Haber Global-a istinadın xıbır verir ki, bu həşəratların, xüsusilə də nadir növlərin — məsələn, Kreiselwespe — icazəsiz məhv edilməsi qadağandır.
Qanun “ağlabatan” olmadan vəhşi heyvanların öldürülməsini və ya yaşayış yerlərinin məhv edilməsini qadağan edir. İstisna hallar yalnız açıq təhlükə mövcud olduqda tətbiq edilir. Məsələn,arı allergiyası olan insan üçün real sağlamlıq riski yaradırsa və ya uşaqlar və ev heyvanları üçün təhlükə mənbəyidirsə, onun öldürülməsinə və ya yuvasının çıxarılmasına icazə verilir. Bu halda təhlükə faktı sübuta yetirilməlidir.
Rəsmi olaraq cərimə məbləği 50 min avroya qədər olsa da, praktikada bu rəqəm xeyli aşağı olur. Məsələn, Şimali Reyn-Vestfaliyada 2013–2018-ci illərdə qeydə alınan ən yüksək cərimə cəmi 45 avro təşkil edib. Bu, qanunvericiliklə real tətbiq arasındakı fərqi göstərir.
Mütəxəssislər öldürmək əvəzinə onlardan təbii yollarla qorunmağı məsləhət görürlər. Bunun üçün ağcaqanad torlarından istifadə etmək, yeməkləri açıqda saxlamamaq və ciddi təhlükə yaranarsa peşəkar xidmətlərə müraciət etmək tövsiyə olunur.