Reklam resmi
Reklam resmi

Məşhur sönmüş vulkanda yanğın baş verib

Məşhur sönmüş vulkanda yanğın baş verib
Dünya

Şotlandiyanın paytaxtı Edinburqda yerləşən məşhur sönmüş vulkan Artur’s Seat-da bazar günü geniş ərazini əhatə edən yanğın başlayıb. Şotlandiya Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, alovlar “böyük sahədə” kolluqlara zərər vurub, itkilər barədə məlumat verilməyib.

Ajans.az CNN-ə istinadən xəbər veir ki,yanğınla bağlı ilk çağırış saat 16:05-də daxil olub və 5 saatdan çoxdur davam edən səylərə baxmayaraq, hələ də tam söndürülməyib. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Sosial mediada yayılan videolarda alovdan qalxan qalın tüstü buludları əks olunub. Şotlandiya parlamentinin dairə nümayəndəsi Kris Murray yanğının yaxınlığında olanlara diqqətli olmağı tövsiyə edib. Polis isə sürücülərə və piyadalara ərazidən uzaq durmağı məsləhət görüb.

Artur’s Seat dəniz səviyyəsindən 251 metr yüksəklikdə yerləşir və Edinburqun möhtəşəm mənzərələrini təqdim edən məşhur turizm məkanıdır. Burada həmçinin təxminən 2000 il əvvələ aid qala və 15-ci əsrə aid Müqəddəs Entoni kapellası yerləşir.

author picture
Leyla Bayandurlu
Mövzular:
CNN Şotlandiya

Digər Xəbərlər