Mingəçevir anbarında suyun səviyyəsi AZALIB
Mingəçevir su anbarında suyun səviyyəsi 80 santimetr - 1 metr aralığında azalıb.
Ajans.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə su anbarının yaxınlığında yaşayan sakinlər bildiriblər.
Onlar qeyd edirlər ki, yaz aylarında anbarda suyun səviyyəsi xeyli artıb. Hətta onların yaşadıqları evlərə qədər yaxınlaşıb. Hətta bəzi sakinlərin evlərinin alt hissələrində suları görmək olub.
Havaların hər zamankindən isti keçməsi və yağıntının olmaması isə son 10 gündə Mingəçevir su anbarında suyun azalmasına səbəb olub. Su kifayət qədər geri çəkilib, hətta skalalar görünür.
Ərazidə yaşayanların sözlərinə görə, anbarda suyun səviyyəsinin artması müsbət hadisədir. Lakin yay aylarında buraya sərinləməyə, çimməyə gələnlərə maneə yaradırdı. Suyun azalması ilə hazırda anbar ətrafında olan çimərliklər normal fəaliyyət göstərə bilir.
Ajans.az həmin süjeti sizlərə təqdim edir:
Mövzular: