Reklam resmi
Reklam resmi

Etirazlara görə 50-dən çox şəxs həbs edilib

Etirazlara görə 50-dən çox şəxs həbs edilib
Dünya

London Metropoliten Polisi şənbə günü bildirib ki, Böyük Britaniyanın “Fələstin Fəaliyyəti” qrupunu qadağan etmək qərarına etiraz edən 50-dən çox nəfər parlament qarşısında saxlanılıb.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,parlament meydanında toplaşan və qrupa dəstək ifadə edən plakatlar qaldıran iştirakçılara qarşı həbslər həyata keçirilib.

Xatırladaq ki, iyul ayında Britaniya qanunvericiləri “Fələstin Fəaliyyəti”ni antiterror qanunu çərçivəsində qadağan ediblər. Bu qərar, bəzi üzvlərin Britaniyanın İsrailə dəstəyinə etiraz olaraq Kral Hərbi Hava Qüvvələrinin bazasına daxil olub təyyarələrə ziyan vurması hadisəsindən sonra qəbul olunub.

Qadağa, qrupa üzv olmağı cinayət hesab edir və maksimum 14 il həbs cəzası nəzərdə tutur.

Təşkilatın həmtəsisçisi Huda Ammori isə ötən həftə qadağaya qarşı hüquqi mübarizə aparmaq üçün məhkəməyə müraciət hüququ qazanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
London “Fələstin Fəaliyyəti”

Digər Xəbərlər