Aİ Şurası Ukraynaya 3,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını TƏSDİQLƏDİ
Avropa İttifaqı (Aİ) Şurası Avropa Ukraynaya Dəstək Fondundan adıçəkilən ölkəyə 3,2 milyard avro makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.
“Aİ Şurası Ukraynaya Dəstək Fondu çərçivəsində dördüncü yardım tranşının verilməsi qərarını təsdiqlədikdən sonra Ukrayna 3,2 milyard avrodan çox maliyyə vəsaiti alacaq”, - sənəddə deyilir.
Vəsaitlərin köçürülmə vaxtı göstərilməyib.
Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
The Council of the EU has approved €3.056 billion for Ukraine under the Ukraine Facility. Another clear signal of confidence in our reform path and in our ability to ensure stability even in the most difficult times. We thank Denmark @eu2025dk for its presidency of the Council…
— Yulia Svyrydenko (@Svyrydenko_Y) August 8, 2025