Reklam resmi
Reklam resmi

Vaşinqtonda tarixi görüşə saatlar qaldı

Vaşinqtonda tarixi görüşə saatlar qaldı
Gündəm

ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcək tarixi görüşə sayılı saatlar qalır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə baş tutacaq bu diplomatik proses, Cənubi Qafqazda sülh istiqamətində mühüm addım kimi qiymətləndirilir.

 Ajans.az xəbər verir ki, rəsmi protokola əsasən, görüşlər Bakı vaxtı ilə saat 22:30-dan etibarən başlayacaq.

 

İlk olaraq, Prezident Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək. Daha sonra ikitərəfli görüş və sənəd imzalanma mərasimi keçiriləcək.

Ardınca Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayacaq və eyni qaydada ikitərəfli görüş və sənəd imzalanacaq.

Gecə yarısına yaxın isə üç lider – Tramp, Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi planlaşdırılıb. Bu mərasim Bakı vaxtı ilə saat 00:15-də baş tutacaq.

Görüş cədvəli aşağıdakı kimidir:

    14:30 (Bakı vaxtı ilə 22:30) – Tramp Paşinyanı qarşılayır     14:35 (Bakı vaxtı ilə 22:35) – Tramp və Paşinyan arasında ikitərəfli görüş     15:05 (Bakı vaxtı ilə 23:05) – Tramp və Paşinyan arasında sənəd imzalanma mərasimi     15:10 (Bakı vaxtı ilə 23:10) – Tramp İlham Əliyevi qarşılayır     15:15 (Bakı vaxtı ilə 23:15) – Tramp və Əliyev arasında ikitərəfli görüş     15:45 (Bakı vaxtı ilə 23:45) – Tramp və Əliyev arasında sənəd imzalanması     16:15 (Bakı vaxtı ilə 00:15) – Tramp, Əliyev və Paşinyan arasında üçtərəfli imzalanma mərasimi

Mövzular:
Vaşinqton görüşü Azərbaycan Ermənistan

Digər Xəbərlər