Reklam resmi
Reklam resmi

Gəncə stadionundakı ikinci ölümdən sonra - Prokurorluq işə başladı

Gəncə stadionundakı ikinci ölümdən sonra - Prokurorluq işə başladı
Cəmiyyət

Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.

Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, S.Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.

Mövzular:
ölüm fakt Gəncə stadion prokrorluq

Digər Xəbərlər