Reklam resmi
Reklam resmi

Saxta diplomları yaymaqda bilinən şəxsin 44 cinayət işi çıxdı

Saxta diplomları yaymaqda bilinən şəxsin 44 cinayət işi çıxdı
Dünya

Ankarada keçirilən saxta diplom əməliyyatı çərçivəsində həbs edilən Adana sakini, 35 yaşlı İsa Can E.-nin daha əvvəl 44 cinayət işində, əsasən fırıldaqçılıqla bağlı cinayət məsuliyyətinə cəlb olunduğu üzə çıxıb.

Ajans.az xəbər verir ki,yanvar və may aylarında aparılan əməliyyatlar nəticəsində saxlanılan İsa Can E.-nin universitetlərin tələbə işləri sistemlərinə sızdığı və oradakı yüksək vəzifəli şəxslərin fotolarından saxta elektron imzalar hazırlayaraq diplomlar verdiyi iddia olunur. O, ilk olaraq Atatürk Universitetinin Tələbə İşləri Departamentinin rəhbərinin adına saxta elektron imza yaradaraq biznes idarəçiliyi üzrə diplom əldə edib. Daha sonra həmin universitetdən hüquq və bədən tərbiyəsi üzrə saxta diplomlar da əldə etdiyi bildirilir.

İddialara görə, o, İstanbul İmmiqrasiya İdarəsində çalışan yüksək rütbəli bir şəxsin fotoşəklindən istifadə edərək sistemə daxil olub, saxta elektron imza yaradıb və saxta sənədlər verib. Hüquq diplomunu isə daha əvvəl eyni əməliyyat zamanı həbs edilən Gökay Celal G.-dən əldə etdiyi məlum olub.

Bundan əlavə, İsa Can E.-nin Daxili İşlər Nazirliyinin Baş müfəttişi S.D.-nin adına hazırlanmış saxta şəxsiyyət vəsiqəsi və elektron imza ilə Təhlükəsizlik Baş İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin sistemlərinə icazəsiz daxil olduğu da iddialar sırasındadır.

 

Mövzular:
Türkiyə Ankara cinayət

Digər Xəbərlər