Reklam resmi
Reklam resmi

Qanada müdafiə və ətraf mühit nazirləri həlak olub

Qanada müdafiə və ətraf mühit nazirləri həlak olub
Dünya

Qanada baş verən ağır helikopter qəzası nəticəsində ölkənin müdafiə naziri Edvard Omane Boamah, ətraf mühit naziri İbrahim Murtala Məhəmməd və daha altı nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,adisə son onillikdə Qanada qeydə alınan ən ağır hava fəlakətlərindən biri kimi qiymətləndirilir.

Hadisə çərşənbə günü baş verib. Qana Silahlı Qüvvələrinin verdiyi məlumata görə, Z-9 tipli hərbi helikopter paytaxt Akkradan havaya qalxaraq Obuasi bölgəsindəki qızıl mədən sahəsinə doğru istiqamətlənib. Lakin Aştani bölgəsinə daxil olduqdan sonra helikopter radarlardan itib və daha sonra qəzaya uğradığı ərazi – sıx meşəlikdəki dağıntı sahəsi müəyyən edilib.

Qəzanın səbəbi hələlik məlum deyil. Rəsmilər hadisə ilə bağlı dərhal istintaqa başlayıblar. Dövlət mediası qəzanın baş verdiyi ərazidən yayımlanan görüntülərdə helikopterin meşəlik ərazidə yandığı və yerli sakinlərin sağ qalanları axtarmağa çalışdığı anlar əks olunub.

Mövzular:
Qana Edvard Omane Boamah Murtala Məhəmməd

Digər Xəbərlər