Cənubi Kaliforniyada zəlzələdən sonra yeraltı təkanlar baş verib
ABŞ-ın Cənubi Kaliforniya ştatında ölkənin ən sıx məskunlaşdığı bölgələrindən birində cüt zəlzələdən sonra daha bir neçə yeraltı təkan qeydə alınıb.
Ajans.az ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) istinadən xəbər verir ki,ilk zəlzələ 3,5 bal gücündə olub və yerli vaxtla səhər saat 01:00-da Ontariodan təxminən 3 mil (təqribən 5 km) cənub-şərqdə, 4 mil (6,4 km) dərinlikdə baş verib.
İkinci zəlzələ də eyni gücdə – 3,5 bal – qeydə alınıb və ilk təqandan təxminən 10 dəqiqə sonra, yenə Ontariodan cəmi bir neçə mil məsafədə meydana gəlib.
Təxminən bir saat sonra isə üçüncü zəlzələ baş verib. Bu dəfə 3,7 bal gücündə olan təkan Litle Creek bölgəsindən bir neçə mil şimalda, təxminən 6,5 mil (10,5 km) dərinlikdə qeydə alınıb.
Zəlzələlər nəticəsində Riverside və San Bernardino bölgələri də daxil olmaqla Cənubi Kaliforniyanın bir sıra hissələrində yer silkələnməsi hiss olunub. Hazırda hadisə ilə bağlı xəsarət alan və ya dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, bu yeraltı təkanlar çərşənbə axşamı günorta saatlarında Kaliforniyanın Rialto bölgəsində baş verən 3,5 bal gücündə zəlzələdən sonra müşahidə edilib.
Bundan əlavə, çərşənbə axşamı günorta saatlarında Nyu-Cersidə də 2,7 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Nyu-York şəhəri ərazisində də hiss olunub. Keçən həftə sonu isə Nyu-Cersi ştatında 3,0 bal gücündə zəlzələ baş verib və bu da bölgə əhalisi tərəfindən hiss edilib.