Reklam resmi
Reklam resmi

Əli Əsədov Türkmənistan Prezidenti ilə GÖRÜŞDÜ

Əli Əsədov Türkmənistan Prezidenti ilə GÖRÜŞDÜ
Siyasət

Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Mövzular:
Azərbaycan nazir görüş Türkmənistan prezident

Digər Xəbərlər