Naxçıvanda YANĞIN OLDU
Naxçıvanın Babək rayonunun Göynük kəndində ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, tövləyə bitişik sahəsi 200 m² olan çardağın yanar konstruksiyaları 70 m² sahədə, digər bitişik sahəsi 64 m² olan çardağın yanar konstruksiyaları və altında yığılan 15 ton ot bağlaması yanıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti tərəfindən məlumat verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: