Dünya çempionu vəfat etdi
Almaniya millisinin sabiq futbolçusu Frank Mill vəfat edib.
Ajans.az Unikal-a istinadən xəbər verir ki, bu ilin may ayında infarkt keçirən 67 yaşlı veteran futbolçunun vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
F.Mill karyerası ərzində “Rot-Vays Essen”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund) və “Fortuna” klublarında çıxış edib. O, Bundesliqada 123, 2-ci Bundesliqada isə 87 qol vurub. Dortmund "Borussiya"sı ilə 1989-cu ildə Almaniya Kubokunu qazanıb.
Frank Mill Almaniya milli komandasının heyətində 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının qalibi olub. Yığmanın heyətində 17 oyun keçirən veteran futbolçu çempion olduqları mundialda meydana çıxmayıb.
Mövzular: