Reklam resmi
Reklam resmi

Çin məktəbəqədər təhsil haqlarını ləğv edəcək və ya azaldacaq

Çin məktəbəqədər təhsil haqlarını ləğv edəcək və ya azaldacaq
Dünya

Çin hökuməti çərşənbə axşamı pulsuz məktəbəqədər təhsilin mərhələli şəkildə tətbiqinə başlayacağını elan edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir kieni tədbirlər çərçivəsində dövlət uşaq bağçalarında təhsil alan uşaqların son il üzrə ödənişləri ləğv ediləcək, uyğun özəl müəssisələrdə isə təhsil haqları azaldılacaq.

Bu qərar, ötən həftə üç yaşa qədər uşaqlar üçün dövlət subsidiyalarının təqdim edilməsindən sonra gəlib. Addımın əsas məqsədi ölkədə azalan doğum nisbətlərinə qarşı mübarizə aparmaqdır.

Çin Dövlət Şurasının təlimatlarına görə, hökumət yeni tədbirlərin uşaq bağçalarına maliyyə təsirini kompensasiya etmək üçün subsidiya ayıracaq. Yerli hakimiyyət orqanlarına isə bağçaların dayanıqlı fəaliyyəti və müəllimlərin maaşlarının vaxtında ödənilməsi üçün maliyyə nəzarətini gücləndirmək tapşırılıb.

Rəsmilər bildirirlər ki, uşaq baxımı və təhsilin yüksək xərcləri, eləcə də məşğulluqla bağlı narahatlıqlar, gənclər arasında evliliyə və ailə qurmağa marağın azalmasına səbəb olub.

Rəsmi statistikalara əsasən, Çinin əhalisi 2024-cü ildə üçüncü il ardıcıl olaraq azalıb. Ekspertlər uzun illər tətbiq edilən bir uşaq siyasətinin və sürətli urbanizasiyanın doğum səviyyəsinin kəskin şəkildə enməsinə səbəb olduğunu, bu tendensiyanın yaxın illərdə də davam edə biləcəyini xəbərdarlıq edirlər.

Mövzular:
Çin təhsil

Digər Xəbərlər